Ev İqtisadiyyat Azər Türk Bank üçüncü rübü mənfəətlə başa vurub

Azər Türk Bank üçüncü rübü mənfəətlə başa vurub

137
0
PAYLAŞ

Azər Türk Bankın 30 sentyabr 2018-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 10%-dək artaraq 316,8 milyon manat, kredit portfelinin həcmi 40 faiz yüksələrək 163,4 milyon manat təşkil edib.

Eyni dövrlə müqayisədə Bankın gəlirləri 20 faizə yaxın artaraq 20,4 milyon səviyyəsində olub.

Üçüncü rübün sonuna Bank 119,9 min manat həcmində xalis mənfəət əldə edib.

Məcmu kapitalın həcmi 52,4 milyon manat olub. Qeyd edək ki, Bankın məcmu kapitalının adekvatlıq əmsalı 26,2 % təşkil edir ki, bu da müəyyən edilmiş normadan təqribən üç dəfəyə yaxın çoxdur.

Bank 144 milyon manat həcmində depozit cəlb edib ki, bunun da 55,1 milyon manatı əhalinin əmanətləridir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə Bankın müştərilərinin sayı iki dəfədən çox artaraq 42 086 nəfərə çatıb.

1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here