Ev beynəlxalq əlaqələr Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib

Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib

77
0
PAYLAŞ

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Avstriya Respublikasının ölkəmizə yeni təyin olunan səfiri Bernd Aleksandr Bayerl ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə tərəflər iki ölkə arasında əməkdaşlıq münasibətlərinin inkişaf perspektivlərini müzakirə ediblər. Söhbət zamanı iqtisadiyyat, nəqliyyat, energetika, kənd təsərrüfatı və digər sahələrdə qarşılıqlı faydalı münasibətlərin dərinləşdirilməsinin əhəmiyyəti qeyd olunub. İki ölkə arasında yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin münasibətlərin daha da inkişafına töhfə verdiyi vurğulanıb.

Naxcivanxeberleri.com AZƏRTAC-a istinadən xəbər verir ki, Səfir Bernd Aleksandr Bayerl etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Nazir Avstriyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here