Ev İdman Avropa Liqasında yarımfinalçıların adları məlum olub

Avropa Liqasında yarımfinalçıların adları məlum olub

263
0
PAYLAŞ

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Naxcivanxeberleri.com xəbər verir ki, “Sportinq” öz meydanında turnirin favoritlərindən sayılan Madrid “Atletiko”suna 1:0 hesabı ilə qalib gəlsə də, İspaniyada 0:2 hesabı ilə uduzduğundan, mərhələ adlaya bilməyib.

Turnirin sürpriz komandalarından sayılan “Zalsburq” bu dəfə də sensasiyaya imza atıb. Avstriya klubu Romada 2:4 hesabı ilə uduzduğu “Latsio”nu 4:1 məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Favoritlərdən hesab olunan “Arsenal” Londonda 4:1 məğlub etdiyi MOİK-ə Moskvada da uduzmayıb. Aaron Remzinin son dəqiqə qolu ilə İngiltərə təmsilçisi 2:2 hesablı heç-heçəyə nail olub.

Marseldə də maraqlı görüş baş tutub. Almaniyada da 0:1 hesabı ilə uduzmuş “Marsel” “Leypsiq”i 5:2 hesabı ilə yenərək yarımfinala adını yazdırıb.

Qeyd edək ki, bu gün UEFA-nın mənzil-qərargahı olan İsveçrənin Nyon şəhərində Avroliqanın yarımfinal mərhələsinin püşkatma mərasimi olacaq.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here