Ev Mədəniyyət Avraam Linkolnun oğlunun müəlliminə ünvanladığı məktubu Naxçıvanda çap olundu

Avraam Linkolnun oğlunun müəlliminə ünvanladığı məktubu Naxçıvanda çap olundu

153
0
PAYLAŞ

Əcəmi Nəşriyyat Poliqrafiya Birliyində ABŞ-ın 16-cı Prezidenti Avraam Linkolnun oğlunun müəlliminə yazdığı məktub kitabça halında nəşr edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” imzaladığı sərəncamda qeyd olunan nəşrlər arasında məhz bu məktub da yer alıb. Təsadüfi deyil ki, bu məktubda da Avraam Linkolnun oğlunun müəlliminə müraciətlə deyir ki, əgər bacara bilsəniz, ona kitabların möcüzəli bir nemət olduğunu öyrədin. Ona səssizlikdə göydəki quşların, günəşdəki arıların, çəmənlikdəki güllərin daxili sehrinə enməyi öyrədin.   Linkoln daha sonra vurğulayır ki, bir-birinə yapşıb gedən kütləyə qoşulmayıb özü  yolu ilə getmə gücü verin oğluma. Bütün insanlara qulaq asmağı, qulaq asdıqlarını həqiqət ələyindən keçirib ancaq yaxşıları özünə götürməyi öyrət. Bacarsanız kədərləndiyi zaman belə necə gülə biləcəyini öyrədin ona. Bir sözlə, nəsihətamiz fikirlər baxımından dəyərli olan məktub gənc nəslin təlim-tərbiyəsi baxımdan çox önəmlidir. Bu nöqteyi nəzərdən yeni nəşr dəyərli mənbədir.(naxcivantv)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here