Ev Siyasət ATƏT PA-nın komitə iclasında Ermənistanın təxribatının qarşısı alınıb

ATƏT PA-nın komitə iclasında Ermənistanın təxribatının qarşısı alınıb

110
0
PAYLAŞ

ATƏT Parlament Assambleyasının iyulun 7-də keçirilən demokratiya və insan hüquqları komitəsinin iclasında Ermənistan nümayəndə heyətinin təxribatının qarşısı alınıb.

İclasda “ATƏT regionunda sülh və əmin-amanlıq naminə əməkdaşlığın və etimadın artırılması” adlı qətnamə layihəsinə Ermənistan nümayəndə heyəti münaqişə zonalarına girişin asanlaşdırılması və bunun üçün maneələrin yaradılmamasına dair düzəliş təklif edib.

Bundan sonra Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbərinin müavini Tahir Mirkişili çıxış edərək bu düzəlişin beynəlxalq qanunlara zidd olduğunu və münaqişə zonalarında qanunsuz fəaliyyətə qanuni don geyindirmək məqsədi daşıdığını bildirib.

Ermənistan nümayəndə heyətinin təklifi 44 əleyhinə, 4 lehinə səslə rədd edilib.(azertac)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here