Ev Dünya ATƏT baş katibsiz qalıb

ATƏT baş katibsiz qalıb

261
0
PAYLAŞ

İyulun 1-dən ATƏT baş katibsiz qalıb.

 Lamberto Zanyerin səlahiyyət müddəti iyunun 30-da başa çatıb.

Ancaq ATƏT üzvləri yeni baş katibin seçilməsi məsələsində razılığa gələ bilməyiblər.  ABŞ və Rusiya da daxil olmaqla, ATƏT-in 57 təşkilatda bir sıra rəhbər vəzifələrə təyinatla bağlı “paket razılaşma” əldə edə bilməyib. Baş katiblə bərabər, Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Büronun rəhbəri, milli azlıqlarla iş üzrə komissar və ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi postları da boşdur.

ATƏT xarici işlər nazirlərinin iyulun 11-də Vyanada keçiriləcək görüşü kadr məsələlərinin həlli üçün növbəti imkan olacaq. Baş katib postuna ən real namizəd İsveçrənin

ATƏT-dəki sabiq daimi nümayəndəsi  Tomas Qreminqer sayılır.

L. Zanyer  yaranmış vəziyyətin ATƏT daxilində ciddi parçalanmanın olduğunu göstərdiyini bildirib. (APA)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here