Ev Köşə yazıları “Arşın mal alan” tamaşası nümayiş etdirilib

“Arşın mal alan” tamaşası nümayiş etdirilib

492
0
PAYLAŞ

Naxcivanxeberleri.com xəbər verir ki, arelin 30-da Naxçıvan Dövlət Uşaq Teatrında Culfa rayonunun dram dərnəyi böyük bəstəkarımız Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasını tamaşaçılara təqdim edib. Tamaşanın diqqəti cəlb edən cəhəti bütün rolları gənclərin təbii və canlı şəkildə təqdim etməsidir. Əsərdəki musiqilərin canlı ifası da gənclərin istedad və bacarığından xəbər verir. Tamaşadakı obrazları, əsasən, rayonun Əbrəqunus, Kırna, Bənəniyar və Gülüstan kəndlərindəki mədəniyyət müəssisələrində çalışan mədəniyyət işçiləri canlandırıblar. Qeyd edək ki, dahi sənətkarımızın bu əsəri olduqca sadə, xalqa yaxın, onu səhnələşdirmək isə bir o qədər çətin və məsuliyyətlidir. Komik səhnələr, gözəl musiqi, maraqlı dialoqlar, hadisələrin yüksələn xətlə inkişafı, sürətlərin kaloriti ifaçılardan həmişə istedad və sənətkarlıq tələb edir. Buna baxmayaraq, dram dərnəyinin gənc ifaçıları əsərin səhnələşdirilməsinə nail ola biliblər. Bu mənada, tamaşanı gənc kollektivin uğuru hesab etmək olar. “Arşın mal alan” tamaşasının rejissoru Sahib Əliyev, rəssamı Culfa Şəhər Klubunun müdiri Aidə İbrahimovadır. Tamaşadakı musiqilərin ifaçıları isə Tahir Səmədov və Yaşar Hümbətovdur. Qeyd edək ki, xalq teatrları olmayan rayonlarda ilkin olaraq dram dərnəklərinin yaradılması üçün tədbirlər görülür. 2017-ci ilin sonlarında Culfa rayonunda yaradılan dram dərnəyi də məhz belə kollektivlərdəndir. Bu dram dərnəyinin yaradılmasının əsas təşəbbüskarları rayonun mədəniyyət müəssisələrində çalışan gənclərdir

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here