Ev İdman “Arsenal”ın stadionunda “Azərbaycan” banneri – FOTO

“Arsenal”ın stadionunda “Azərbaycan” banneri – FOTO

164
0
PAYLAŞ

“Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqiblərindən olan İngiltərənin “Arsenal” klubunun “Blekpul”la kubok qarşılaşmasında “Azərbaycan” sözü yazılmış banner asılıb.

Naxcivanxeberleri.com bildirir ki, bunu “Emireyts” stadionuna Azərbaycanda fəaliyyət göstərən rəsmi fanklubun üzvləri yerləşdirib.

Saytımıza açıqlamasında “Arsenal”ın rəsmi fanklubunun rəhbəri və təsisçisi Elşən Abdullayev bildirib ki, bunu fanklubun Londonda yaşayan üzvlərindən biri asıb.

“Biz rəsmi fanklub olaraq kluba müraciət etmişdik. Klub da müraciətimizi müsbət dəyərləndirdi. Bizə verilən məlumata görə, artıq bundan sonra “Emireyts” stadionunun “Clock End” (Saat çıxışı) adlanan sektorunda “Azərbaycan” sözü yazılmış banner daimi olaraq orada asılacaq. Gələn mövsümdən etibarən bu bannerin ölçüsünü artırmağa çalışacağıq”.

Qeyd edək ki, ölkəmizdə “Arsenal”ın fanklubu London təmsilçisi tərəfindən 2016-cı ildən tanınır. Səksənə yaxın üzvü olan fanklub Qafqazda “Arsenal”ın yeganə azarkeş qrupu sayılır.

"Arsenal” klubundan Azərbaycana jest - FOTO

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here