Ev İdman Arda Turan: “Klubum mənə qucaq açarsa…”

Arda Turan: “Klubum mənə qucaq açarsa…”

200
0
PAYLAŞ

Mənim üçün çox özəl və anlamlı imzadır. Hətta “Atletiko”ya getdiyim günləri xatırladır. İnşallah, oradakı kimi həm Avropada, həm də Super Liqada uğurlar yaşaya bilərik. Çox xoşbəxtəm. İnanaraq və istəyərək gəldim.

Bu sözləri Türkiyənin “Başakşehir” klubu ilə 2,5 illik müqavilə bağlayan Arda Turan təqdimat mərasimində deyib.

İspaniya təmsilçisi “Barselona”dan icarəyə götürülən 31 yaşlı yarımmüdafiəçi hazırda fiziki baxımdan hazır olmadığını deyib. O bildirib ki, oyun praktikasına ehtiyacı var: “Hazırda fiziki olaraq hazır deyiləm. Məşqlərimi davamlı edirəm. Amma futbolçunun oyun praktikası heç bir şeylə əldə edilə bilməz. Oynamağa ehtiyacım var. “Başakşehir”lə uğurlar qazanaraq Avropaya dönmək istəyirəm”.

A.Turan daha öncə səsləndirdiyi “Türkiyəyə dönərsəm, “Qalatasaray”dan başqa bir komandada oynamaram” ifadəsinə də münasibət bildirib: “Klubum mənə qucaq açarsa…”, – deyə başlayan bir cümlə idi. Heç bir şey dəyişmədi. Belə bir hal olmadığı üçün “Başakşehir”lə müqavilə imzaladım”.

Qeyd edək ki, “Başakşehir” Türkiyə Super Liqasının geridə qalan 17 turundan sonra 36 xalla liderdir. report.az

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here