Ev Cəmiyyət Aprelin 15-də qəbul və sınaq imtahanları keçiriləcək

Aprelin 15-də qəbul və sınaq imtahanları keçiriləcək

248
0
PAYLAŞ

Naxçıvanda əvvəlki illərin məzunları da daxil olmaqla ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarına  start veriləcək.

Dövlət İmtahan Mərkəzi ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanının birinci mərhələsini aprelin 15-də  keçirəcək.  İmtahan 7 nömrəli tam orta məktəbin binasında  keçiriləcək və saat  11:00 da başlanacaq.  İmtahanın müddəti iki saatdır.

Bundan başqa,  abituriyentlərin qəbul imtahanına hazırlaşmağına, onlarda imtahan vərdişlərinin formalaşmasına və bilik səviyyələrinin real qiymətləndirilməsinə kömək məqsədilə Dövlət İmtahan Mərkəzi aprelin 15-də abituriyentlər üçün sınaq imtahanı da  keçirəcək. Sınaq imtahanı Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbinin binasında  saat  11:00 da başlayacaq və 3 saat davam edəcək.  İmtahanda 819 abituriyentin iştirakı gözlənilir.

Qeyd edək ki, növbəti sınaq imtahanı isə  aprelin 29-da Naxçıvan şəhərində keçiriləcək.(Naxcivantv.az)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here