Ev IKT Apple şirkəti təyyarə qəzasında təqsirləndirilir

Apple şirkəti təyyarə qəzasında təqsirləndirilir

389
0
PAYLAŞ

2016-cı ilin mayında Aralıq dənizi üzərində təyyarə qəzasında həlak olanların qohumlarının vəkilləri Apple şirkətini məhkəməyə veriblər.

Naxcivanxeberleri.com NRYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, iddiaçıların fikrincə, təyyarə alovlanan iPhone və ya iPad qurğusuna görə qəzaya uğrayıb.

Hazırda iddianın hansı məhkəməyə verilməsi və məbləği məlum olmasa da, iddiaçıların qənaətinə görə, təyyarənin yanmasına və yerə düşməsinə şturmanın kabinədə cihaz paneli üzərinə qoyduğu Apple qurğusu səbəb ola bilər. Şayiələrə görə, bu ya iPhone 6S smartfonu, ya da IPad Mini planşeti olub.

Bildirilir ki, Aralıq dənizi üzərində faciədə smartfonun mümkün rolu barədə informasiya ötən ilin əvvəlində yayılmağa başlayıb. Bu nəzəriyyənin tərəfdarları güman edir ki, qurğunun partlayaraq yanğına və ya cihazların qısa qapanmasına səbəb olması nəticəsində hava gəmisi yüksəkliyi itirməyə başlayıb. Smartfonun partlamasını dolayısı ilə daha bir fakt təsdiq edir ki, təyyarə ilə əlaqənin itirilməsinə 7 dəqiqə qalmış dispetçerlər tərəfindən yanğın barədə xəbərdarlıq edən avtomatik həyəcan siqnalı alınıb.

Qeyd edək ki, Parisdən Qahirəyə reys yerinə yetirən EgyptAir aviaşirkətinin Airbus A320 təyyarəsi 2016-cı il mayın 19-da Aralıq dənizində qəzaya uğrayıb. Altmış altı nəfərin həyatına son qoyan qəzanın əsas versiyası terror aktı hesab olunur. Belə ki, həlak olanların qalıqlarının analizindən göyərtədə partlayışın baş verməsi məlum olub.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here