Ev IKT “Android” sistemində növbəti təhlükəli boşluq aşkar edilib

“Android” sistemində növbəti təhlükəli boşluq aşkar edilib

267
0
PAYLAŞ

“Android” sistemində növbəti təhlükəli boşluq aşkar edilib.

NAXCİVANXEBERLERİ.COM “hitech.newsru.ru” saytına istinadən xəbər verir ki, “Palo Alto Networks” şirkətinin mütəxəssisləri tərəfindən “Android” mobil əməliyyat sistemində aşkar edilmiş boşluq qurğular üzərində tam nəzarəti ələ keçirməyə, ona lazımi proqramları quraşdırmağa və ya sıradan çıxarmağa imkan verir.

Ekspertlər tərəfindən təsvir edilmiş hücum “Plaş və xəncər” adlı hücumun növünü təmsil edir. Bu ilin yazında həmin hücum növünü Kaliforniya Universiteti və Corciya Texnologiya İnstitutunun mütəxəssisləri təsvir etmişdi. Bu hücumun mahiyyəti ondan ibarətdir ki, zərərverici proqram ona məxsus üzə çıxan pəncərəni bütün pəncərələrin üzərinə çıxarır və əməliyyat sisteminin xəbərdarlığı kimi maskalanır. Məsələn, proqram qurğu sahibindən sistemdə müxtəlif funksiyalara və inzibati imtiyazlara giriş əldə etmək üçün sorğu göndərə bilər.

Mütəxəssislər bildirirlər ki, aşkar edilmiş boşluq yaxın günlərdə təqdim edilmiş “Android 8.0 Oreo” versiyasından başqa “Android”in bütün versiyalarında mövcuddur.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here