Ev Regionlar AMEA Naxçıvan Bölməsində iqtisadçı ekspert Vüqar Bayramovla görüş

AMEA Naxçıvan Bölməsində iqtisadçı ekspert Vüqar Bayramovla görüş

35
0
PAYLAŞ

Son illər dünyada davam edən maliyyə böhranlarına baxmayaraq, Naxçıvanda ümumi daxili məhsul istehsalının həcmi artıb, yeni iş yerləri yaradılıb, sosial infrastruktur təminatının həcmi və keyfiyyəti yaxşılaşıb.

AMEA Naxçıvan Bölməsindən bildirilib ki, bu faktlar AMEA Naxçıvan Bölməsində İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Vüqar Bayramovla keçirilən görüşdə səsləndirilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək, ölkə iqtisadiyyatının inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb. Naxçıvan Muxtar Respublikasında da iqtisadiyyatın çoxşaxəli inkişafı üçün həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirləri diqqətə çatdıran akademik muxtar respublikanın son illər iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurlardan, böyük bir yol keçərək müasir və inkişaf etmiş bir diyara çevrilməsindən bəhs edib.

Vüqar Bayramov çıxış edərək Naxçıvanla bağlı təəssüratlarını bölüşüb. Qeyd olunub ki, bu gün Naxçıvanın daxili iqtisadi inkişafının nəticəsi ölkə iqtisadiyyatına öz müsbət təsirini göstərir.

İqtisadçı ekspert “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivliyi üzrə Strateji Yol Xəritəsi”nin icrası ilə bağlı nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirilməsindən də söz açıb. Çıxışda ölkənin alim və mütəxəssislərinin elmi nailiyyətlərindən bəhs olunub. Vüqar Bayramov AMEA Naxçıvan Bölməsində elmi inkişaf istiqamətində görülən işləri yüksək qiymətləndirib.

Sonda qonaq bölmə əməkdaşlarının suallarını cavablandırıb.(AZERTAC)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here