Ev Cəmiyyət AMEA Naxçıvan Bölməsində iki yeni monoqrafiyanın təqdimatı olub

AMEA Naxçıvan Bölməsində iki yeni monoqrafiyanın təqdimatı olub

189
0
PAYLAŞ

AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin yeni monoqrafiyası “Orxon-Yenisey abidələrində feilin təsriflənməyən formaları” adlanır. Bu kitab rus dilində Alnmaniyada işıq üzü görüb.

Kitabda qədim türk yazılı abidələrdəki feli bağlama və feli sifət kateqoriyaları Azərbaycan dili və digər Oğuz qrupu türk dilləri ilə tarixi- müqayisəli planlarla tədqiq edilib.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın “Naxçıvan dialekt və şivələrinin tədqiqi məsələləri”  monoqrafiyası isə Azərbaycan dilinin dialektologiyası fonunda Naxçıvan bölməsinə həsr olunub.  Monoqrafiyada  müəllif Naxçıvanın dialekt və şivələrinin tədqiqi məsələlərindən geniş şəkildə bəhs edir.

Monoqrafiyalar dialektologiya fənninin tədrisi, ali məktəb tələbələri, müəllim, alim, elmi-tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.(Naxcivantv.az)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here