Ev Rəsmi Xronika Ali Məclisin Sədri Sərəncam imzaladı

Ali Məclisin Sədri Sərəncam imzaladı

1972
0
PAYLAŞ

Aprelin 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif  Talıbov “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II his­səsinin 22-ci bəndini rəhbər tutaraq  xalçaçılıq ənənələrinin qorunması, inkişaf etdirilməsi və əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə  qərara alıram:

1. “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilsin.

2. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində qeyd olunan Dövlət Proqramında nəzərdə tutulmuş tədbirləri əlaqələndirsin və icra barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin”.

Qeyd edək ki, Dövlət Proqramı “Şərq Qapısı” qəzetinin sabahkı nömrəsində dərc ediləcək. (Naxcivantv.az)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here