Ev Rəsmi Xronika Aleksandr İşein: “Naxçıvan İslam həmrəyliyinə öz layiqli töhfələrini verir ”…

Aleksandr İşein: “Naxçıvan İslam həmrəyliyinə öz layiqli töhfələrini verir ”…

85
0
PAYLAŞ

Sabah Naxçıvanda “Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfrans keçiriləcək.   

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Konfransda iştirak etmək üçün Naxçıvana gələn  Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yeparxiyasının arxiyepiskopu Aleksandr İşein konfrans haqqında fikirlərini Naxcivantv.az-a bildirib.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elan etdiyi “İslam Həmrəyliyi ili” çərçivəsində dünyanın bir çox ölkəsində Azərbaycanın multikulturalizm və tolerantlıq təcrübəsini öyrənmək və təbliğ etmək məqsədilə dinlərarası konfranslar keçirilir. Bu tədbirlər İran, Türkiyə, bir sıra Avropa ölkələrində, Rusiyada da təşkil olundu. Qədim elm və mədəniyyət mərkəzi, 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı  olan Naxçıvan da bu gözəl tədbirə fəal qoşularaq İslam həmrəyliyinə öz layiqli töhfələrini verir. Dinlərarası həmrəyliyə həsr edilən konfransın növbəti yığıncağı Türk-İslam mədəniyyəti nümunələri ilə zəngin olan bu qədim diyarda keçirilir. Tədbirdə Azərbaycanın din və elm xadimləri, Milli Məclisin üzvləri iştirak edəcək. Əsas mövzu bu gün aktual olan məsələlərdir”.

Aleksandr İşeinin deyib: “Bu gün din azad olsa da, əsl dini bilik  və dəyərlər bir çox insandan yan keçib. Bundan siyasi məqsəd və şəxsi maraqlar üçün istifadə edənlər də az deyil. Əfqanıstanda, xüsusən Suriya, Fələstin və başqa ölkələrdə baş verən hadisələrə dini don geyindirilir. Dini çağırış və dini cəryanlardan da ekstremistlər öz xeyirlərinə istifadə etməyə çalışırlar. Naxçıvanda keçirilən bu əhəmiyyətli konfransda insanlara dini xadimlərinin müasir həyata baxışından, dinlərarası əlaqələrdən və ümumi gələcəyimizi necə quracağımızdan danışmaq istəyirik.

Konfrans maraqlı olacaq. Düşünürəm ki, Naxçıvanın bu tədbirdə iştirakı vacibdir”.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here