Ev Gənclər və İdman Açıq havada fərdi “Xəmsə” Milli İntellektual oyunu keçirilib

Açıq havada fərdi “Xəmsə” Milli İntellektual oyunu keçirilib

259
0
PAYLAŞ

Naxcivanxeberleri.com xəbər verir ki, Naxçıvan şəhərindəki Saat Meydanında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və Gənclərin İntellektual İnkişaf Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə gənclər arasında fərdi olaraq “Xəmsə” milli intellektual oyunu keçirilib.
İntellektual oyunu keçirməkdə məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etmək, eyni zamanda intellektual oyunlara gənclərin marağının artırılmasıdır.
İlk dəfə olaraq açıq havada keçirilən yarışa maraq olduqca yüksək olub. Fərdi qaydada keçirilən yarışın reqlamentinə əsasən, iştirakçılar öncə qeydiyyatdan keçib və hər bir iştirakçı oyunda iki dəfə iştirak etmək hüququna malik olub. Hər oyunda 4 iştirakçı mübarizə aparıb və mövzular yalnız onlar kürsü arxasına keçdikdən sonra elan olunub.
Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənclər paytaxtı seçilməsi ilə əlaqədar keçirilən intellektual oyunda 80-dən çox gənc iştirak edib.
Yekun nəticəyə əsasən, Tural Məmmədzadə qalib adını qazanıb. Digər iki pillədə isə Qulu Əlisoy və Zamin İbrahimov qərarlaşıblar. Ümumiyyətlə, ilk 10 pillədə qərarlaşan iştirakçılara təşkilatçılar tərəfindən fəxri fərman və oxunması zəruri olan kitablar hədiyyə olunub.
Qeyd edək ki, “Xəmsə” milli intellektual oyunu Gənclər və İdman Nazirliyinin rəsmi sosial şəbəkələri vasitəsilə canlı olaraq yayımlanıb.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here