Ev Cəmiyyət Açılış mərasimi canlı yayımlanacaq

Açılış mərasimi canlı yayımlanacaq

845
0
PAYLAŞ

Naxcivanxeberleri.com xəbər verir ki, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə bağlı açılış mərasimi “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” rəsmi internet səhifəsində (www.imp.nakhchivan.az) canlı yayımlanacaq.

İyunun 20-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə bağlı keçiriləcək açılış mərasiminə hazırlıq işləri davam edir. Naxcivanxeberleri.com saytına verilən məlumata görə, keçiriləcək açılış mərasimini internet üzərindən canlı izləmək mümkün olacaq.

Xatırladaq ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunub.

 

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here