Ev Cəmiyyət ABŞ Konqresinə seçilən ilk müsəlman qadınlar haqqında maraqlı faktlar…

ABŞ Konqresinə seçilən ilk müsəlman qadınlar haqqında maraqlı faktlar…

279
0
PAYLAŞ

ABŞ-da keçirilən ara seçimlərində Demokratlar Partiyasının müsəlman üzvləri Rəşidə Tlaib (Miçiqan) və İlhan Omar (Minnesota) Konqresə üzv seçiliblər.

Tlaib və Omar ABŞ Konqresinə seçilən ilk müsəlman qadınlardır.

Naxcivanxeberleri.com  bu barədə xarici mediaya istinadən məlumat verir.

Bəs, Tlaib və Omar kimdir?

Tlaib Fələstin əsilli sosial təminat sahəsi üzrə mütəxəssisdir.

Tlaib fələstinli bir ananın və atanın 14 uşağından ən böyüyü olaraq, Detroiddə doğulub. Atası Ford fabrikində, özü isə sosial təminat üzrə mütəxəssis işləyib.

42 yaşındakı Tlaib 2008-ci ildə Miçiqan ştatında əyalət məclisinə üzv seçilən ilk müsəlman qadın olub.

2016-cı ildəki prezident seçkiləri dövründə Donald Trampın seçkiqabağı məruzəsini yarıda qoymaq üçün etiraz edən 10 nəfərədək etirazçıdan biri olub.

Demokrat Partili aday Rashida Tlaib

Afrika əsilli amerikalıların azlıq təşkil etdiyi bölgədən seçkiyə qoşulan Tlaib aşağı təbəqənin hüquqlarını müdafiə edən bir fəal portreti yaratmağı bacardı.

Tlaib həmçinin Trampın ən çox müsəlman ölkələrindən gələn vətəndaşlara ünvanlanan səyahət qadağasına qarşı çıxmaq üçün bu seçimlərdə iştirak etdiyini bildirib.

 

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here