Ev Dünya ABŞ ballistik raketini sınaqdan keçirdi – VİDEO

ABŞ ballistik raketini sınaqdan keçirdi – VİDEO

98
0
PAYLAŞ

ABŞ Hərbi Hava Qüvvələrinin Kaliforniyanın Vandenberqdəki bazasında “Minuteman 3” ballistik raketi sınaqdan keçirilib.

Naxcivanxeberleri.com xəbər verir ki, bununla bağlı “Associated Press” məlumat yayıb.

Sınaq zamanı raket döyüş hissəsi ilə təchiz olunmayıb. Uğurlu həyata keçirildiyi deyilən sınaqla bağlı əlavə məlumat verilməyib.

“Minuteman 3” raketi 1970-ci ildən ABŞ ordusunun silahlanmasına daxil edilib və 1978-ci ildə onun istehsalı dayandırılıb. Raket 12 min kilometr radiusda olan hədəfi məhv etmək gücündədir.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here