Ev Cəmiyyət Abituriyentlərin qeydiyyatı bu gün başa çatır

Abituriyentlərin qeydiyyatı bu gün başa çatır

86
0
PAYLAŞ

Azərbaycan Respublikası ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) qeydiyyatı bu gün başa çatır.

Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər bu gün saat 17:00-dək sənədlərini daxil olduqları təhsil müəssisələrinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Bu gün səhər saatlarına olan statistikaya əsasən, 34 min 596 (qəbul olanların 95 faizi) abituriyent artıq qeydiyyatdan keçib.

Abituriyentin təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı isə avqustun 31-dək davam edəcək.(AZERTAC)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here