Ev Mədəniyyət Naxçıvanlı rəssamın əsərləri Bakıda sərgilənib-FOTO

Naxçıvanlı rəssamın əsərləri Bakıda sərgilənib-FOTO

210
0
PAYLAŞ

Dekabrın 13-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda tanınmış naxçıvanlı rəssam Hafiz Kərimovun sənət əsərlərindən ibarət sərgi açılıb.

Tədbirdə Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev və başqaları çıxış edərək rəssamın özünəməxsus yaradıcılıq üslubu və bir-birindən maraqlı rəsm əsərləri haqqında fikirlərini bölüşüblər.

Bildirilib ki, sərgidə fırça ustasının akvarel və batika janrında olan əsərləri yer alıb. Azərbaycan təbiətinə, yurdumuzun gözəlliklərinə valeh olan sənətkar gördüyü bənzərsiz təbiət mənzərələrini rəsm əsərlərinə çevirməkdən daim zövq alıb.

Sərgi salonunda sayca ikinci fərdi sərgisini sənətsevərlərə təqdim edən Hafiz Kərimov iştirakçılara minnətdarlığını bildirib və bundan sonra da maraqlı rəsm əsərləri yaradacağını diqqətə çatdırıb.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

H.Kərimovun yaradıcılığının məhsulu olan “Naxçıvan mənzərələri”, “Batabat”, “Qızıl payız”, “Çılğın adam”, “İlanlı dağ”, “Sükut” və digər əsərləri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, 60-dək sənət əsərinin nümayiş olunacağı sərgi 10 gün ziyarətçilər üçün açıq olacaq.(Naxcivantv.az)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here