Ev Cəmiyyət 8 İyun – Ümumdünya Okeanlar Günüdür

8 İyun – Ümumdünya Okeanlar Günüdür

284
0
PAYLAŞ

8 İyun – Ümumdünya Okeanlar Günüdür. Bu təqvimin qeyd edilməsi 1992-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində BMT-nin “Ətraf mühit və inkişaf” konfransında elan edilib.

Yer kürəsinin 70 faizini okeanlar təşkil edir. Planetimizin 361 milyon kvadratkilometr sahəsi dörd okean arasında bölünüb – Sakit, Atlantik, Hind və Şimal Buzlu.

Nəfəs aldığımız oksigenin çoxu okeanlar tərəfindən istehsal edilir, karbon-dioksid emissiyaları absorbsiya olunur, canlılar ərzaq və qidalandırıcıların əksər hissəsini buradan alır, iqlimi tənzimləyir, turizm, balıqçılıq, iqtisadiyyat üçün önəmli rol oynayır.

Təəssüf ki, antropogen təsirlər, brakonyerlik, qeyri-qanuni balıqçılıq, su hövzələrinin çirkləndirilməsi və asidifikasiyası, iqlim dəyişkənliyi dünyanın okean və dənizləri üçün ciddi təhlükəyə səbəb olub. Bu günün də qeyd edilməsində əsas məqsəd bəşəriyyətin həyatında önəmli rol oynayan nəhəng su hövzələrinin mühafizəsinə bütün diqqətləri yönəltməkdir.

Həmin bayram bir çox Avropa ölkələrində (Belçika, Böyük Britaniya, Almaniya, Hollandiya, İrlandiya, İspaniya, İtaliya, Norveç, Portuqaliya, Fransa), Cənub-Şərqi Asiya dövlətlərində (Vyetnam, İndoneziya, Sinqapur, Filippin), Cənubi Asiyada (Hindistan, Şri-Lanka), Uzaq Şərqdə (Çin, Yaponiya), Latın Amerika ölkələrində (Argentina, Ekvador, Kuba), Avstraliya və Afrikada (Əlcəzair, Qabon, Mərakeş, Mavritaniya, Keniya, Kamerun), həmçinin Şimali-Amerika ölkələrində (Kanada, ABŞ, Meksika) qeyd edilir.

Ümumdünya Okeanlar Gününün builki mövzusu “Bizim okeanlarımız, bizim gələcəyimiz”dir.(azertac)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here