Ev Maraqlı 3D printerlə kağız robot hazırladılar – VİDEO

3D printerlə kağız robot hazırladılar – VİDEO

538
0
PAYLAŞ

ABŞ-ın Karneqi-Mellon universitetindən olan mühəndis qrupu 3D printerin köməkliyi ilə elektrik cərəyanı ilə hərəkətə gələn kağız robotlar yaratmağın yolunu tapıb.

Tədqiqatçıların hazırladığı texnologiyaya görə, 3D printer adi A4 vərəqin lazımı hissələrində qrafen qatqılı polilaktid polimerinin cığırlarını çap edir.

Onlara cərəyan ötürdükdə qızaraq, genişlənir və bütün konstruksiyanın öncədən təyin olunmuş hərəkətləri etməsinə təkan verir.

Sadə robotların hazırlanması üçün tərtibatçılar xüsusi proqram təminatı hazırlayıb.

Həmin proqramla istifadəçi robotun konstruksiyasını modelləşdirir, kağız üzərində olacaq cığırların mövqeyini və məsafəsini öz istəyinə uyğun təyin edir, istədiyi hərəkəti verərək, sistemin sazlığını xüsusi simulyator vasitəsi ilə yoxlayır.(Oxu.Az)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here