Ev Siyasət Moskvada ermənilər kütləvi şəkildə həbs edilir – FOTO

Moskvada ermənilər kütləvi şəkildə həbs edilir – FOTO

179
0
PAYLAŞ

Yerevandakı “məxməri inqilab” günlərində bir neçə yüz erməni Moskvadakı Ermənistan səfirliyinin qarşısına etiraz aksiyasına çıxıblar. Polisin müdaxiləsindən sonra 100-dən çox erməni gənc həbs olunub.

“Həmin günlərdə yüzdən çox gənc əvvəlcə məhkəmə zalında polis nəzarətinə düşdülər, sonradan isə hamı tərəfindən unuduldular – onlara ehtiyac qalmadı. Sanki artıq aktual deyildi, həm də başağrısıdır. Nəticədə, bu gün onların taleyi ilə tək-tük adam maraqlanır”

Naxcivanxeberleri.com Virtualaz.org-a istinadən xəbər verir ki, bunu “Ermənistanın səsi” qəzetinə ARMROSS Rusiya-Ermənistan Hüquqşünaslar Assosiasiyasının başçısı Ruben Kirakosyan deyib.

Onun sözlərinə görə, Ermənistan paytaxtında bayramdır, tarixi hadisədir, vətəndaş özünüdərkinin və milli qürurun oyanışıdır.

“Rusiyanın – Ermənistanın müttəfiqinin paytaxtında isə həmin vaxt nəzərə çarpmadan, sonsuz axınla kütləvi məhkəmə prosesləri keçirilir və burada həmin tarixi günlərin hadisələrinə görə gənclər müxtəlif səviyyədə məsuliyyətə cəlb olunurlar”, – o bildirib.

Kirakosyanın sözlərinə əsasən, bu gün Rusiyada Ermənistan vətəndaşları nə qanunla, nə cəmiyyət, nə də dövlət tərəfindən müdafiə olunmurlar və hüquqi nöqteyi-nəzərdən alçalmış vəziyyətdədirlər.

“Beynəlxalq sazişlərlə Ermənistan vətəndaşlarının malik olduqarı hüquq və üstünlüklər, əslində, simvolik, sırf deklarativ xarakter daşıyır”, – o vurğulayıb.

Naxcivanxeberleri.com

BİZİ FACEBOOKDAN İZLƏYİN!

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here