Ev İdman 2020- ci ildə Yaponiyada Formula 1 yarışları keçiriləcək

2020- ci ildə Yaponiyada Formula 1 yarışları keçiriləcək

87
0
PAYLAŞ

2020-ci ildə Vyetnamın paytaxtı Hanoy şəhərində ilk dəfə olaraq Formula 1 yarışlarının mərhələsi keçiriləcək.

Naxcivanxeberleri.com xəbər verir ki, gələn həftə Hanoy trasının konfiqurasiyasının təqdimatı nəzərdə tutulur.

Yeni Qran-Prinin təqdimatına dəvətnamədə deyilir: “Hanoyun hakimiyyət orqanları FOM ilə kontrakt bağlayıblar. Beləliklə, 2020-ci ilin aprel ayından başlayaraq bu şəhər rəsmən Formula 1 mərhələsinin keçiriləcəyi yer olacaq”.

Hanoyun hakimiyyət orqanları əvvəlcə istəyirdilər ki, tras Köhnə Şəhərin yaxınlığındakı Hoankyem gölünün ətrafı ilə keçsin, lakin yekunda bu trası Mi Din stadionunun yaxınlığına keçirmək qərara alınıb, çünki orada yol paytaxtın mərkəzi ilə müqayisədə daha genişdir.

Formula 1 yarışlarının direktoru Çarli Uaytinq bu yaxınlarda Hanoya səfər edib. O əmindir ki, tras vaxtında hazır olacaq. Trasın bir hissəsi mövcud yolar boyunca keçəcək, bir hissəsi isə hələ tikilməlidir, lakin bu, problem yaratmamalıdır.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here