Ev Dünya ​Sabah Türkiyə tarixində ən önəmli seçkilərdən biri keçiriləcək

​Sabah Türkiyə tarixində ən önəmli seçkilərdən biri keçiriləcək

369
0
PAYLAŞ

Sabah Türkiyə dövləti tarixində ən önəmli seçkilərdən biri keçiriləcək.

Naxcivanxeberleri.com-un məlumatına görə, xalq növbədənkənar prezident və parlament seçkilərində səs vermək üçün sandıq başına gedəcək. Bu seçkilərlə 16 aprel 2017-ci ildə keçirilmiş referendumla qəbul olunan Türkiyə konstitusiyasında dəyişiklikliklər qüvvəyə minəcək. Bu dəyişikliklərlə baş nazir postu ləğv ediləcək. Ölkənin icraedici orqanlarının rəhbəri prezident olacaq. Nazirləri məhz o təyin edəcək. Parlamentdə deputatların sayı 550-dən 600-ə çatdırılacaq.

Böyük Millət Məclisi hökumətə nəzarət imkanlarından məhrum ediləcək. Əvəzində parlament prezidentə qarşı impiçment tələbinə baxa bilər. Qeyd edək ki, Türkiyədə səs vermə hüququ olan 53 milyondan çox seçici var. Son sorğulara əsasən hazırki prezident Rəcəb Tayyib Ərdoğan və onun rəhbəri olduğu Ədalət və İnkişaf partiyasının şansları yüksək qiymətləndirirlir.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here