Ev Siyasət Ərdoğan dünya liderləri ilə Fələstindəki vəziyyəti müzakirə edib

Ərdoğan dünya liderləri ilə Fələstindəki vəziyyəti müzakirə edib

280
0
PAYLAŞ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel, İran prezidenti Həsən Ruhani ilə Fələstindəki hadisələri müzakirə edib.

 Naxcivanxeberleri.com report-a istinadən xəbər verir ki, R.T.Ərdoğan hər üç ölkənin lideri ilə telefonla danışıb.

Bundan başqa, Türkiyə prezidenti Qətər əmiri Şeyx Tamim bin Həməd əl-Tani, İndoneziya prezidenti Coko Vidodo, Sudan prezidenti Ömər əl-Bəşirlə də telefonla danışıb və Fələstində yaranmış vəziyyəti müzakirə edib.

Bir müddət əvvəl R.T.Ərdoğan Fəlsətin prezidenti Mahmud Abbas, İordaniya kralı II Abdulla, Malayziya, Küveyt və Səudiyyə Ərəbistanı liderləri ilə də telefonla danışıb və Qüds ətrafında yaranmış vəziyyətlə bağlı fikir mübadiləsi aparıb.

Qeyd edək ki, mayın 18-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının toplantısı keçiriləcək.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here