Ev Dünya Ərdoğan: Bu addım “xaç və aypara arasında müharibəyə” səbəb olacaq

Ərdoğan: Bu addım “xaç və aypara arasında müharibəyə” səbəb olacaq

218
0
PAYLAŞ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avstriya hökumətinin yeddi məscidi bağlaması və onlarla imamı deportasiya etməsi ilə bağlı qərarını sərt tənqid edib.

Bununla bağlı “Deutsche Welle” nəşri məlumat yayıb.

Məlumata görə, türk lider bunu “anti-İslam” addımı kimi qiymətləndirib və bəyan edib ki, bununla əlaqədar lazımi tədbirlər görəcək.

“Qorxuram ki, Avstriya kansleri tərəfindən atılan bu addımlar xaç və aypara arasında müharibəyə səbəb olacaq”, – Ərdoğan İstanbulda çıxışı zamanı deyib.

Bundan əvvəl, Avstriya kansleri Sebastyan Kurts yeddi məscidin bağlanacağı və onlarla imamın deportasiya ediləcəyini açıqlamışdı.(oxu.az)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here