Ev Sağlamlıq Ən ziyanlı gigiyenik vərdişlər – Təmizlik, yoxsa xəstəlik?…

Ən ziyanlı gigiyenik vərdişlər – Təmizlik, yoxsa xəstəlik?…

44
0
PAYLAŞ
Mütəxəssislər ən ziyanlı 3 gigiyenik vərdişləri açıqlayıblar.
Bu vərdişlər dərinin təmizliyi ilə bağlıdır. Ekspertlər belə nəticəyə gəliblər ki, əllərin tez-tez yuyulması onun təbii baryerini aradan qaldırır. Son zamanlar çoxları əllər üçün nəzərdə tutulan bakteriya əleyhinə gellərdən mütəmadi olaraq istifadə edir. Bu gellərdən əslində əlləri su ilə yumağa imkan olmadıqda istifadə etmək tövsiyə olunur. Ancaq bəziləri bir növ adət edərək ehtiyac oldu-olmadı əllərini bu gellərlə təmizləyirlər. Bu vasitələrin tərkibində olan maddələr  əllərin dərisini qurudaraq zərərli bakteriyalarla yanaşı xeyirli bakteriyaları da məhv edir.
 ÐŸÐ¾Ñ…ожее изображение
Bu gellərin tərkibində olan “triklozan” maddəsi zərərli hesab edilir. Səbəbi isə həmin maddənin bakteriyalara təsir göstərib onları mutasiyaya uğradaraq yeni bakteriya növlərinin yaranmasına səbəb olmasıdır.
Tez-tez əsasən də yeməkdən həmən sonra dişlərin təmizlənməsi də zərərli adətlərdən hesab olunur. Mütəxəssislərə görə, belə olduqda qidanın tərkibində olan turşuların diş emalına olan təsiri güclənə və onu zadələyə bilər.
Картинки по запросу dişlərin təmizlənməsi
Bədən üçün sərt süngərin, qaynar suyun və skrabların davamlı təsiri çox zərərlidir. Amerika dermatoloqlarının fikrincə, aknedən əziyyət çəkən insanlar bədənlərini çox aqressiv şəkildə təmizləyirlər. Həddən artıq sərt bədən fırçası və  skrab nəinki dərini qıcıqlandıra, həm də bakteriyaları bütün bədənə yaya bilər ki, bu da səpgilərin çoxalmasına gətirib çıxarar.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here