Ev Mədəniyyət “Əli və Nino” Naxçıvan teatrında- ANONS

“Əli və Nino” Naxçıvan teatrında- ANONS

662
0
PAYLAŞ

Naxcivanxeberleri.com xəbər verir ki, 11 may saat 18:00-da Naxçıvan Dövlət Musiqili Dram teatrı səhnəsində “Əli və Nino” tamaşasının premyerası olacaq.

Əsərdəki hadisələr 1914-18-ci illərdə Azərbaycanda gedən proseslər, Rusiya inqilabı, müstəqil və demokratik Azərbaycanın qurulması və Qızıl Ordunun Bakını işğal etdiyi dövrlərin fonunda baş verir. Hadisələrin cərəyan etdiyi əsas məkan “tərəqqi etmiş” Qərb və “geridə qalmış” Şərqin qovuşduğu Bakıdır. Romantik dram janrında olan əsərdə demokratik respublikanın məğlu“Əli və Nino” Naxçıvan teatrında-Anonsb olma səbəbləri göstərilir. O dövrün ictimai-siyasi məsələləri ön plana çəkilir. Tamaşada əsas rollarda xalq artisti Həsən Ağasoy, əməkdar artistlər Əbülfəz İmanov, Bəhruz Haqverdiyevlə bərabər teatrın gənc aktyorları Səyyad Məmmədov, Mehri Nəbiyeva və başqaları ifa etdikləri obrazların xarakterini açmağa çalışırlar. Tamaşanın quruluşçu rejissoru xalq artisti Kamran Quliyev, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here