Ev Rəsmi Xronika Əlahiddə Ümumqoşun Orduda növbəti buraxılış mərasimi keçirilib

Əlahiddə Ümumqoşun Orduda növbəti buraxılış mərasimi keçirilib

369
0
PAYLAŞ

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu hazırlığı kursunun növbəti buraxılış mərasiminə hazırlıqla bağlı məruzə edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 Tədbirdə çıxış edənlər kursu başa vuran gənclərə xidmətlərində uğurlar arzulayıblar.

Məzunlar söz veriblər ki, ən çətin döyüş tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirəcəklər.

Sonra Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılıb.

Təbrik oxunduqdan sonra kursu bitirən məzunlara sertifikatları təqdim edilib.

Kurs birincisi tərəfindən yaş kötüyünə buraxılış emblemi vurulub. Kursu müvəffəqiyyətlə bitirərək yeni xidmət yerlərinə yollanacaq məzunların tribunanın önündən təntənəli keçidi olub.(Naxcivantv.az)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here