Ev Maarifləndirmə “Əl-Cəzirə” media şəbəkəsi Azərbaycandakı dini tolerantlıqdan bəhs edən məqalə yayıb

“Əl-Cəzirə” media şəbəkəsi Azərbaycandakı dini tolerantlıqdan bəhs edən məqalə yayıb

543
0
PAYLAŞ

“Əl-Cəzirə” telekanalının ingilis dilindəki internet saytında Azərbaycanla bağlı növbəti məqalə yayılıb.

NAXCİVANXEBERLERİ.COM Naxcivantv.az-a istinadən xəbər verir ki, müəllifi hazırda bu nüfuzlu media orqanında çalışan azərbaycanlı jurnalist Aysəba Umudlu olan məqalədə Azərbaycandakı dini tolerantlıqdan, burada İslam dininin yayılması tarixindən, ölkəmizin İslam mədəniyyətinin inkişafına töhfələrindən bəhs edilir.

Məqalədə dünyəvi respublika olan Azərbaycanda əhalinin 96 faizini müsəlmanların təşkil etdiyi diqqətə çatdırılır. Azərbaycanda digər sahələrdə olduğu kimi, dini sahədə də azadlığın təmin edildiyi, ölkə Konstitusiyasına əsasən irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən və s. asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabər olduğu vurğulanır.

Azərbaycanda milli mənəvi dəyərlərə, dinə dövlət qayğısı barədə söhbət açan müəllif sovet dövründə ölkəmizdə cəmi 18 məscidin olduğunu, müstəqilliyin bərpasından sonra isə məscidlərin sayının 2 mini keçdiyini qeyd edir.

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here