Ev Sosial müdafiə Ədliyyə naziri yanında İctimai Komitənin səlahiyyət müddəti başa çatır

Ədliyyə naziri yanında İctimai Komitənin səlahiyyət müddəti başa çatır

143
0
PAYLAŞ

Bu il iyunun 25-də Ədliyyə Naziri yanında İctimai Komitənin iki illik fəaliyyət səlaiyyəti başa çatacaq.

 

Ədliyyə Nazirliyindən  bildirilib ki, qurumun yeni tərkibinin formalaşdırılması nəzərdə tutulur. Bununla əlaqədar tərkibi millət vəkillərindən, nüfuzlu ictimaiyyət nümayəndələrindən, alimlərdən, din xadimlərindən və aidiyyəti orqanların təmsilçilərindən ibarət olan Seçki Komissiyası tərəfindən İctimai Komitə üzvlərinin fəaliyyəti təhlil edilərək qiymətləndirilir, namizədlər arasında seçim aparılır.

 

İctimai Komitənin fəaliyyətində iştirak etmək istəyən müvafiq sahələr üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatları və hüquq müdafiəçiləri öz proqram və təklifləri ilə Ədliyyə Nazirliyinə – Seçki Komissiyasına müraciət edə bilərlər. Müraciətə həmçinin, namizədin ərizəsi, onun barəsində ətraflı məlumat, o cümlədən əmək fəaliyyətini, təhsilini xarakterizə edən sənədlər əlavə edilməlidir.

 

Qeyd edək ki, tərkibi qeyri-hökumət hüquq müdafiə təşkilatlarının nümayəndələrindən formalaşdırılmış İctimai Komitə mütəmadi olaraq cəzaçəkmə müəssisələrinə başçəkmələr həyata keçirir, məhkumların islah prosesində, onlara hüquqi yardımın göstərilməsində, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun tətbiqində fəal iştirak edir.

Nazirliyin kollegiya iclaslarında, konfrans və seminarlarda, qulluğa qəbulla bağlı müsabiqələrdə Komitə üzvlərinin iştirakları təmin olunur, birgə “açıq qapı” günləri keçirilir, vətəndaş cəmiyyətinin nümayəndələri ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı ictimai rəyin öyrənilməsi üzrə monitorinqlərə cəlb olunurlar.(APA)

Bir cavab yazın

Please enter your comment!
Please enter your name here